Abdullah Zubir: "ÇL-in qrup mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik"

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqası pley-off mərhələsinin "Viktoriya" ilə ilk matçından (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az fransalı vingerin fikirlərini diqqətinizə çatdırır:

 

- Çox yaxşı komandaya qarşı oynadıq, çətin oyun idi.  Fiziki olaraq çox ağır və çətin matç oldu. Çalışdıq ki, öz oyunumuzu göstərək. Amma o qədər də asan deyildi. Ümid edirəm ki, səfərdə daha yaxşı nəticə əldə edərik. 


- Evdə 0:0 hesabı "Qarabağ" üçün yaxşı nəticə sayılır?

- Səfərdə əlbəttə ki, evdə oynadığımız kimi deyil. Çexiyaya böyük həvəslə gedirik. Qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. 


- Qurban Qurbanov "Viktoriya"nı izah edən 2016-cı ildə baş tutan oyunu sizə göstərmişdi?

- Xeyr. 


Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək şanslarını necə dəyərləndirirsiz?

- Pley-offdayıqsa, buna layiqik. "Viktoriya"da güclü komandadır. Səfər oyununda qələbə qazanmaq və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik.

 

Elçin Əlixan

Tarix: 18 Avqust [00:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio