"Qarabağ"ın rəqibi aşağı liqa klubu ilə qarşılaşacaq

12:38 - 5 Sentyabr 2022

Almaniya Kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki,  Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqibi olan "Frayburq"un da qarşılaşacağı komanda məlum olub.

Bundesliqa təmsilçisi bu mərhələdə II Bundesliqada mübarizə aparan "Sankt-Pauli" ilə üz-üzə gələcək. 

"Frayburq" Avroliqanın qrup mərhələsinin ilk turunda sentyabrın 8-də "Qarabağ"ı qəbul edəcək.

Xəbər xətti