"Qarabağ"ın rəqibi müdafiəçi transfer etdi

18:20 - 22 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Fransa klubu "Mets"dən müdafiəçi Fabyen Santonzu transfer edib. Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.

 

27 yaşlı sağ cinah müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Fabyen Santonz "Mets"ə 2019-cu ilin yayında "Lans"dan transfer olunmuşdu. Fransalı müdafiəçi komandanın heyətində meydana çıxdığı 91 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin ikinci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci oyun oktyabrın 27-də Fransada olacaq.

Xəbər xətti