"Qalatasaray"ın sabiq üzvü BƏƏ-də oynayacaq

13:49 - 28 Sentyabr 2022

“Qalatasaray”ın sabiq müdafiəçisi Ceyson Denayer karyerasını BƏƏ-də davam etdirəcək.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, müdafiəçi “Şabab Əl-Əhli” ilə anlaşıb.

Yaxın günlərdə belçikalı futbolçu BƏƏ-yə yollanaraq yeni komandası ilə rəsmi müqavilə imzalayacaq.

Hazırda 27 yaşlı futbolçu azad agent statusuna malikdi.

Belçika millisinin üzvü "Mançester Siti", "Seltik", "Qalatasaray", "Sanderlend" və "Lion"da oynayıb.

 

Xəbər xətti