Azərbaycanı olimpiadada beş komanda təmsil edəcək

Azərbaycanda oktyabrın 2-də şahmat üzrə növbəti mötəbər yarışa start veriləcək.

Sportal.az xəbər verir ki, bu dəfə Naxçıvan Muxtar Respublikası 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək.

Azərbaycan olimpiadada 5 komanda ilə təmsil olunacaq.  əmsilçilərimizin heyəti ilə tanış olun:

Azərbaycan-1: Read Səmədov (2455), Fərid Orucov (2352), Şiroğlan Talıbov, Süleyman Süleymanlı (2304), Səmra Qasımova (1902), Nərmin Abdinova (1740).

Azərbaycan-2: Cahandar Azadəliyev (2304), Ümid Aslanov (2273), Xəqan Əhməd (2196), İslam Hacıəliyev (1633), Xanım İsmayılova (1901), Aysel Cəfərova (1489).

Azərbaycan-3: Aydan Şükürova (1732), Nurtən Nuriyeva (1691), Lalə Hüseynova (1702), Ayan Hüseynli (1572), Səadət Bəşirli (1567), Nərmin Nəsibova (1504).

Azərbaycan-4:  Tunar Davudov (1868), Aqil İsrailov (1883), Paşam Əlizadə (1770), Elcan Əbdülkərimli (1742), Leyla Rzalı (1451).

Azərbaycan-Naxçıvan: Seyid Hüseyn (2097), Rza Həsənli (1566),  Rəcəb Abdullabəyli (1506), Sadiq Abbasov (1542), Nazlı Hümbətova (1632), Zərifə Abbasova (1480).

Olimpiadada ilk turun oyunları oktyabrın 2-də keçiriləcək. 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.

16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasında 25 ölkədən 35 komanda mübarizə aparacaq.

Tarix: 28 Sentyabr [17:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2022
3  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio