"Qarabağ"dan ayrılan futbolçu İspaniya klubunda

10:26 - 29 Sentyabr 2022

Yayda "Qarabağ"dan ayrılan Xayme Romeronun yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, ispaniyalı vinger karyerasını ölkəsində davam etdirəcək.

 

32 yaşlı futbolçu "Kartaqena" klubuna transfer olunub. Bu barədə II La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçu ilə 2022/2023 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, 2019-2022-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 69 matçda 14 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti