"Çelsi" Fransa millisinin üzvü ilə anlaşdı

12:59 - 30 Sentyabr 2022

"Çelsi" "Leyptsiq"in futbolçusu Kristofer Nkunkunu transfer etmək istəyir.

Sportal.az Almaniya mətbuatına istinadən verir ki, London təmsilçisi 24 yaşlı fransalı ilə müqavilənin şərtlərini razılaşdırıb.

Onun "Real" və "Bavariya"ya keçə biləcəyi gözlənilsə də, Nkunku "Çelsi"də oynamaq istəyib.

Hazırki klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na da başatacaq vinger 60 milyon avro qarşılığında "zadəganlar"la müqavilə imzalayacaq. 

Xəbər xətti