İngiltərə klubu gürcü baş məşqçini göndərdi

16:15 - 30 Sentyabr 2022

"Hall Siti" Şota Arveladze ilə yollarını ayırıb.

Sportal.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

48 yaşlı məşqçi "Hall Siti" ilə 2,5 illik müqaviləyə qol çəkmişdi. 

Çempionşip təmsilçisi 10 turdan sonra 11 xalla turnir cədvəlində 24 komanda arasında 20-ci pillədə qərarlaşıb.
 

Xəbər xətti