"Olimpiakos"un müdafiəçisi: "Bakıya qələbə qazanmaq üçün gəlmişdik"

16:13 - 14 Oktyabr 2022

"Olimpiakos"un futbolçusu Sokratis Papastatopulos Avropa Liqası qrup mərhələsinin dördüncü turunun "Qarabağ"la oyunundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı mərkəz müdafiəçisi 0:0 hesablı heç-heçənin ədalətli nəticə olduğunu qeyd edib:

 

"Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Yaxşı oynadığımız anlar oldu. Çətin bir dönəmdən keçirik və yenidən komanda qururuq. Müdafiədə daha etibarlı olmalı idik. Fasilədən sonra hakim oyunu tez-tez dayandırırdı. Yersiz bəzi vərəqələr verdi. Ümumilikdə, nəticənin ədalətli olduğunu düşünürəm".

Xəbər xətti