Messi Fransada ən yaxşı seçildi

11:43 - 21 Oktyabr 2022

Fransa çempionatında sebtyabr ayının ən yaxşı oyunçusu açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Liqa 1-də ötən ayın ən yaxşısı adına PSJ-nin hücumçusu Lionel Messi layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, 35 yaşlı futbolçu sentyabr ayı ərzində Paris klubunun heyətində meydana çıxdığı 3 çempionat oyununda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti