"Qarabağ"la matçdan əvvəl "Nant"da ciddi itkilər

14:21 - 22 Oktyabr 2022

"Nant" Avropa Liqası qrup mərhələsi 5-ci turunun "Qarabağ"la matçına itkilərlə çıxa bilər.

 

Sportal.az xəbər verir ki, Fransa klubunun futbolçuları Şarl Traore və Fabio zədəlidir. Bu barədə baş məşqçi Antuan Kombuare məlumat verib. Hər iki oyunçu Liqa 1-in 12-ci turunun "Nitsa" ilə oyununda iştirak etməyəcək.

 

Qeyd edək ki, "Nant" sabah Fransa çempionatında "Nitsa"nın qonağı olacaq. "Sarı-yaşıllar" 27 oktyabr tarixində isə "Qarabağ"ı qəbul edəcək.

Xəbər xətti