"Qarabağ" Avroliqanın ən yaxşı komandaları arasında - FOTO

18:58 - 25 Oktyabr 2022

Avropa Liqasında iştirak edən və formada olan komandaların siyahısı açıqlanıb.


Sportal.az xəbər verir ki, 10 kollektivin yer aldığı siyahıda Azərbaycan təmsilçisi "Qarabağ" da var. Bu barədə turnirin tvitter hesabı məlumat yayıb.


Son 5 rəsmi matçda 4 qələbə qazanıb, 1 heç-heçə edən Ağdam klubu üçüncü pillədə qərarlaşıb. Siyahıya son 5 oyunun hamısında qalib gələn "Renn" və "Fənərbaxça" başçılıq edir.

 

Qeyd edək ki, sıralama komandaların yerli çempionatda və Avropa Liqasının qrup mərhələsindəki nəticələrinə görə tərtib olunub.

 

Xəbər xətti