"Bavariya" xorvatiyalı müdafiəçi ilə müqavilə imzaladı

16:04 - 12 Noyabr 2022

Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi Yosip Stanişiçlə sözləşmənin müddətini uzadıb. 22 yaşlı sağ cinah müdafiəçisi 2026-cı ilin yayınadək Bundesliqa klubuna məxsus olacaq.

 

Qeyd edək ki, Yosip Stanişiç "Bavariya"nın yetirməsidir. Xorvatiyalı futbolçu 2021-ci ilin yayından əsas komandada çıxış edir. O, cari mövsümdə "Bavariya"nın heyətində 11 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti