"Beşiktaş" Dele Alli ilə bağlı qərar verdi

14:58 - 18 Noyabr 2022

Türkiyənin "Beşiktaş" klubu "Tottenhem"dən icarəyə götürdüyü Dele Alli ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin məşqçilər korpusu ingiltərəli yarımmüdafiəçinin performansından razı deyil. 

"Qara qartallar" 26 yaşlı oyunçunun müqaviləsində yer alan satınalma maadəsindən istifadə etməyəcək. İngiltərə yığmasının keçmiş üzvü mövsümün sonunda "Tottenhem"ə qayıdacaq.

Qeyd edək ki, "Beşiktaş" Dele Allini mövsümün əvvəlində icarəyə götürüb. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 8 matçda 2 qol vurub.

Xəbər xətti