Portuqaliya milli komandası DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Qananı 3:2 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, bu matç Avropa təmsilçisinin hücumçusu Kriştiano Ronaldo üçün əlamətdan olub.
Qarşılaşmanın 65-ci dəqiqəsində penaltidən komandasının ilk qolunu vuran 37 yaşlı futbolçu adını dünya çempionatlarının tarixinə yazdırıb. Ronaldo 5 fərqli mundialda fərqlənməyi bacaran ilk oyunçu olub.
Tarix: 24 Noyabr [22:28]
|
|
Müəllif: Sportal.az
|