"Dinamo"da oynamış braziliyalı "Sabah" üçün Azərbaycana gəlir

14:04 - 28 Noyabr 2022

"Sabah" braziliyalı futbolçusunu geri qaytaracaq.

Sportal.az saytına verilən məlumata görə, "Dinamo"da(Minsk) icarə əsasında çıxış edən Hiqor Qabrielin yaxın vaxtlarda Azərbaycana geri dönəcəyi gözlənilir. Məsələ burasındadır ki, braziliyalının formasını geyindiyi Minsk təmsilçisi artıq çempionat və ölkə kubokdakı çıxışını yekunlaşdırıb.

"Sabah"a məxsus olan 23 yaşlı müdafiəçinin qış toplanışını Masazır klubu ilə keçəcəyi gözlənilir. O, qış fasiləsinə qədər ölkəmizə qayıdaraq, "Sabah"ın düşərgəsinə qoşulacaq. 

Xatırladaq ki, Azərbaycana "Fluminense"dən gələn braziliyalının "Sabah"la 2024-cü ilə qədər müqaviləsi qüvvədədir.

Xəbər xətti