Azərbaycan millisinin üzvü Belçika klubundan ayrıldı

15:20 - 29 Noyabr 2022

Futzal üzrə Azərbaycan millisinin üzvü İsa Atayev ölkəyə qayıdıb.

Sportal.az saytına verilən məlumata görə, Atayev “Gent”dən ayrılıb. Bir müddət əvvəl Belçika klubuna keçmiş futzalçı artıq “Araz Naxçıvan”ın heyətində məşqlərə başlayıb.

Onun qışdan sonra ölkə çempionun heyətində oyunlara çıxacağı da gözlənilir.

Xəbər xətti