"Traktor"un keçmiş futbolçusu haqda ölüm hökmü verildi

11:40 - 10 Dekabr 2022

Cənubi Azərbaycanın "Traktor" klubunun keçmiş futbolçusu Amir Nasr Azadani haqda ölüm hökmü verilib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi ölkədə baş verən hökumət əleyhinə nümayişlərdə iştirak etdiyinə görə edamla məhkum olunacaq.

 

"İrancavan" klubunun futbolçusu oktyabrın 29-da İsfahanda keçirilən aksiya zamanı həbs olunub. İranın aşağı yaş qrupları üzrə milli komandalarının keçmiş üzvü terrorçu qruplarla əlaqədə ittiham olunur.

Xəbər xətti