"Redona məsləhətim odur ki, Qurban Qurbanova yaxşı qulaq assın" - MÜSAHİBƏ

Uzun illər "Qarabağ"da çıxış etmiş Ansi Aqolli Sportal.az saytına müsahibə verib. Veteran futbolçu Ağdam klubu ilə müqavilə imzalaması an məsələsi olan Redon Cici haqda danışıb.

- Həmyerlin, Albaniya millisinin üzvü Redon Cici “Qarabağ”la müqavilə imzalayacaq. Onun haqda hansı məlumata sahibsən?
- Bəli, xəbərim var. Mətbuatdan bu barədə oxumuşam. Əlbəttə ki, Redon haqda məlumatım var, onu izləmişəm. Redon çox yaxşı futbolçudur. O, "Tirana"da yaxşı işlər görüb. Keyfiyətli və gənc oyunçudur. Özü də "Tirana" Albaniyanın hazırda ən yaxşı komandasıdır. Redon "Qarabağ"a çoxlu qollar vuraraq kömək edəcək. Ona mənim komandamda uğurlu və uzun illər arzulayıram.

- Hər halda, Avropa klublarından təklif almışdı. Səncə, “Qarabağ”dakı karyerası uğurlu alına bilər?
- Həm Redon "Qarabağ"a, həm də "Qarabağ" ona yaraşır. Cici orada uzun illər qalaraq yaxşı karyera qura bilər. Buna tam əminəm. Redona "Qarabağ"da bütün albaniyalı futbolçulardan çox uğur qazanmasını arzu edirəm.

- Necə düşünürsən, qısa zamanda “Qarabağ”da əsas heyət oyunçusuna çevrilməsi nə dərəcədə mümkündür?
- Doğrudur, Albaniyada yaxşı oynayıb. Amma bununla kifayətlənməməlidir. Təbii ki, Redon öz üzərində işləməli və sadəcə futbola köklənməlidir.

- Uzun illər “Qarabağ”da oynamış albaniyalı kimi həmyerlinə hansı məsləhəti görərdin?
- O, hər zaman motivasiyalı olmalıdır. Bununla yanaşı, məşqçilərin tapşırıqlarını yerinə yetirməlidir. Redona məsləhətim odur ki, Qurban Qurbanova yaxşı qulaq assın. O, “Qarabağ”la anlaşmaqla çox yaxşı iş görüb. Bunun ardını gətirmək lazımdır. “Qarabağ” onun üçün uğurlu komandadır.

- İndiyə qədər "Qarabağ"da oynayan albaniyalılar komandanın aparıcı futbolçusu olub və uğurlu oyunçulardan hesab edilib. Səncə, Redon da onlardan biri olacaq?
-
Təbii ki, bu mümkündür. Redona uğurlar arzulayıram. İnanıram ki, "Qarabağ"dakı karyerası çox yaxşı alınacaq.
 
Tarix: 24 Yanvar [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio