Millimizin keçmiş üzvü Moskvada futbol məktəbi açdı

Azərbaycan milli komandasının keçmiş üzvü Nizami Hacıyev Rusiyada futbol məktəbi açıb.

Sportal.az xəbər verir ki, veteran futbolçu bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşıb. 

Nizami Hacıyev adına N8H adlanan məktəb Moskvada fəaliyyət göstərəcək. Orada 2005-2017-ci il təvəllüdlü uşaqlar futbolla məşğul olacaqlar.

Qeyd edək ki, Nizami Hacıyev karyerası ərzində "Şamaxı" (keçmiş "İnter"), "Xəzər Lənkəran", "Qəbələ" kimi klublarda çıxış edib. O, 2017-ci ildə oyun alqı-satqısı ittihamı ilə futboldan ömürlük uzaqlaşdırılıb.

Tarix: 24 Yanvar [23:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Fevral 2023
8  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio