"Səbail"in hücumçusu xəstəxanalıq oldu

19:28 - 31 Yanvar 2023

"Səbail" Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində doğma meydanda "Kəpəz"i qəbul edir.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu görüşdə ciddi itki ilə üzləşib. "Dənizçilər"in hücumçusu Kizito Luvaqa "Kəpəz"in müdafiəçisi Yusif Nəbiyevlə toqquşub. Üzündən xəsarət alan uqandalı forvard təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Qeyd edək ki, hazırda "Səbail" - "Kəpəz" qarşılaşmasında fasilədir və 0:0 hesablı bərabərlik davam edir.

Xəbər xətti