"Qəbələ" "Neftçi"dən bu futbolçunu transfer etməyəcək

17:23 - 4 Fevral 2023

"Qəbələ" "Neftçi"nin braziliyalı oyunçusu Gilyerme Patonu heyətinə qatmayacaq.

Sportal.az saytına verilən məlumata görə, bölgə klubu "ağ-qaralar"ın legionerini icarəyə götürə bilərdi. Amma mənbənin iddiasına görə, bu keçid baş tutmayıb. Belə ki, "Qəbələ" Patodan vaz keçib.

Xatırladaq ki, Patonun yaxın vaxtlarda "Neftçi"dən ayrılacağı gözlənilir. Onun xidmətində Kipr klubları maraqlıdır.

​21 yaşlı futbolçu "İnternasional", "Ponte Preta", "Kuyaba"da oynadıqdan sonra 2022-ci ildə "Neftçi"yə keçmişdi.

 

Xəbər xətti