"Zirə" - "Qəbələ" matçında sülh, "Neftçi" "Sumqayıt"ı məğlub etdi - YENİLƏNİB

20:24 - 5 Fevral 2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq. Günün ilk görüşü "Zirə" ilə "Qəbələ" arasında baş tutacaq. Dördüncü yer uğrunda mübarizə aparan komandaların dueli saat 16:00-da başlayacaq.

 

Günə "Bakcell Arsena"da yekun vurulacaq. Burada metydan sahibi "Neftçi" "Sumqayıt"ı sınağa çəkəcək. Matçın start fiti saat 18:30-da səslənəcək.

 

Azərbaycan Premyer Liqası
XXI tur

5 fevral

“Zirə” – “Qəbələ” 2:2

Qollar: Dmitrios Çantakias, 14, Loris Broqno, 57Rafael Utziq, 2, Felipe Santos, 77
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu, 16:00

“Neftçi” – “Sumqayıt” 2:0

Qol: Solomon Kverkveliya, 54, Mateus Saldanya, 64
Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”, 18:30

Xəbər xətti