"Turan Tovuz"dan Türkiyəyə dəstək

14:13 - 8 Fevral 2023

Misli Premyer Liqasının XXII turunda 11 fevral tarixində keçiriləcək “Turan Tovuz” – “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, 2 manat təşkil edən biletlərin satışından gələn bütün gəlir zəlzələdən əziyyət çəkən qardaş Türkiyəyə dəstək üçün göndəriləcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Biletləri stadionun kassasından əldə edə bilərsiniz.

Xəbər xətti