"Zirə" yoldaşlıq oyunu keçirəcək

21:33 - 19 Mart 2023

“Zirə”  milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə yoxlama matçı keçirəcək.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq. Martın 25-də Zirə İdman Kompleksində start keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Zirə" Misli Premyer Liqasında 37 xalla 4-cü, "Şamaxı" isə 20 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti