Argentina milli komandası yoldaşlıq görüşündə Panama yığması ilə üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, paytaxt Buenos Ayresdəki "Monumental Stadionu"nda baş tutan qarşılaşma ev sahiblərini 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matç Argentina seçməsinin kapitanı Lionel Messi üçün əlamətdar olub. 89-cu dəqiqədə fərqlənən PSJ-nin hücumçusu karyerası ərzində 800-cü qolunu vurub.
Messi Kriştiano Ronaldodan sonra 800 qol vuran ikinci futbolçu olub. Portuqaliyalı ulduz bu göstəriciyə 2021-ci ilin dekabr ayında imza atmışdı.
Lionel Messi 672 qolu "Barselona"nın heyətində vurub. PSJ-də 30 dəfə fərqlənən 35 yaşlı hücumçu 98 dəfə isə Argentina yığmasının forması ilə qol sevinci yaşayıb.
saytlarin hazirlanmasi