"Atletiko"dan "Milan"a

14:51 - 25 Mart 2023

"Atletiko"nun forvardı Alvaro Morata karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Sportal.az "CalcioMercato"ya istinadən xəbər verir ki, ispaniyalı hücumçu "Milan"ın transfer siyahısında yer alıb.

"Rossonyerlər" Moratanı transfer etmək üçün artıq onun agenti ilə danışıqlara başlayıb. Alvaro bu mövsüm La Liqada 26 matçda 10 qol vurub, 2 assist edib.

30 yaşlı hücumçunun Madrid təmsilçisi ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

O, əvvəllər “Real”(Madrid), “Yuventus”, “Çelsi” klublarında oynayıb.

Xəbər xətti