Azərbaycanlı qapıçı bu klubla bir illik müqavilə imzaladı

13:18 - 27 Mart 2023

Azərbaycanlı qapıçı Elməddin Məmmədovun Qırğızıstana yollanması barədə xəbər vermişdik.

O, bu ölkənin “Muras Yunayted” klubunun düşərgəsində idi.

Sportal.az saytına verilən məlumata görə, Məmmədov qırğızların etimadını qazana bilib. Belə də, onunla bir illik müqavilə imzalanıb. 

"Bakı" yetirməsi olan Elməddin "Zirə", "Sabah", "Tsxinvali" (Gürcüstan), "Sent-Endryüs" (Malta), "TC Sports" (Maldiv adaları) klublarının qapısını qoruyub. 


 

Xəbər xətti