A Seriyası klubu "Fənərbaxça"nın futbolçusunu istəyir

18:56 - 28 Mart 2023

"Fənərbaxça"nın futbolçusu İsmail Yüksek karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin xidmətində "Sassuolo" maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyası təmsilçisi yayda Türkiyə millisinin üzvü üçün "sarı-lacivərtlilər"ə rəsmi təklif göndərəcək. İstanbul klubu futbolçunu 7 milyon avrodan aşağı qiyməyə satmağı düşünmür.

Qeyd edək ki, "Fənərbaxşa" İsmail Yükseki 2019-cu ilin yayında "Gölcükspor" klubundan transfer edib. Türk yarımmüdafiəçi cari mövsümdə komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti