"Sumqayıt"ın müdafiəçisi Tovuzda oynamayacaq

12:52 - 31 Mart 2023

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Turan Tovuz"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, "kimyaçılar" bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. 27-ci turun "Qarabağ"la matçında sarı vərəqə görən Elvin Bədəlov cəzalı duruma düşüb. Mövsüm ərzində 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılan 27 yaşlı mərkəz müdafiəçisi Tovuz səfərində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" görüşü bu gün saat 15:30-da Tovuz Şəhər Stadionunda keçiriləcək.

Xəbər xətti