Konfrans Liqası: "Fiorentina" səfərdə qazandı, İsveçrədə heç-heçə

00:58 - 14 Aprel 2023

Konfrans Liqasında 1/4 final mərhələsinin ilk matçları oynanılıb. 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın tanışı "Gent" evdə "Vest Hem"ə uduzmayıb. Turnirin favoritlərindən sayılan "Fiorentina" səfərdə "Lex"ə qalib gəlib.

"Anderlext" isə "Alkmaar" üzərində inamlı qələbə qazanıb. 

1/4 finalın ilk oyunları

13 aprel

"Gent" - "Vest Hem" 1:1
Qollar
: Kuypers, 57 - İnqs, 45+3

"Anderlext" - "Alkmaar" 2:0
Qollar
: Murilyo, 22. Aşimeru, 70

"Bazel" - "Nitsa" 2:2
Qollar
: Amduni, 26(p), 71 – Moffi, 38; 45+1

"Lex" - "Fiorentina" 1:4
Qollar
: Velde, 20 - Kabral, 4, Qonsales, 41, Bonaventura, 58, İkone, 64

Xəbər xətti