Azərbaycan yığması İrəvanı tərk etdi

15:49 - 15 Aprel 2023

Ağırlıqqaldırma üzrə Azərbaycan yığması Ermənistanın paytaxtı İrəvanı tərk edib.

Sportal.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, idmançılarımız artıq sərhədi keçərək Bakıya yola düşüb.

Xatırladaq ki, azərbaycanlı idmançılar Avropa çempionatında iştirak etmək üçün İrəvana yollanmışdı.

Dünən baş tutan açılış mərasimində Azərbaycan bayrağı yandılırıb. Məhz bundan sonra yığma komandamız turnirdəki yarışdan imtina edərək vətənə qayıtmaq qərarına gəlmişdi. 

Xəbər xətti