"Səbail" "Mingəçevir"lə heç-heçə etdi - VİDEO

17:59 - 24 May 2023

Futbol üzrə Azərbaycan I Divizionunda 2022/2023 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, "Mingəçevir" sonuncu turda doğma meydanda "Səbail-2"ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 44-ə yüksəldən "Səbail-2" mövsümü 4-cü pillədə başa vurub. 20 xal toplayan "Mingəçevir" isə 14-cü olub.

"Mingəçevir" - "Səbail-2" 1:1
Qollar
: E.Əlizadə, 83 (p) - X.Bədirov, 18

Xəbər xətti