Portuqaliya millisinin üzvü İngiltərə klubundan ayrılacaq

16:11 - 27 May 2023

“Vulverhempton”un yarımmüdafiəçisi Joao Moutinyo komandanı tərk etməyə hazırlaşır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, portuqaliyalı bu yay azad agent kimi komandadan ayrılacaq.“Canavarlar”ın baş məşqçisi Xulen Lopeteqi də portuqaliyalının ayrılıq xəbərlərini təsdiq edib.

Portuqaliya millisinin 36 yaşlı futbolçusunun növbəti mövsümə harada başlayacağı dəqiq deyil.

Təcrübəli futbolçu “Sportinq”, “Porto”, “Monako” klublarında çıxış edib.

Xəbər xətti