Millimizin hücumçusu "Trabzonspor"a keçə bilər

14:29 - 28 May 2023

"Qrasshopper"də çıxış edən Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı forvardın xidmətində "Trabzonspor" maraqlıdır. Qara Daniz təmsilçisinin mövsüm başa çatdıqdan sonra Azərbaycan millisinin üzvü üçün İsveçrə klubu ilə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, "Qrasshopper" Renat Dadaşovu mövsümün əvvəlində "Vulverhempton"dan transfer edib. Azərbaycanlı hücumçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti