"Səbail" qeyri-etik jest edən legionerini göndərdi

21:55 - 31 May 2023

"Səbail"də ayrılıqlar davam edir.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayıl təmsilçisi França və Kizitonun ardından Qoba Zakpa ilə də yollarını ayırıb.

Onun mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Klub Qobaya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, portuqaliyalı futbolçu Premyer Liqanın 35-ci turunun "Turan Tovuz"la(2:2) görüşündə ikinci qolu vurduqdan sonra qeyri-etik jestlə yadda qalmışdı.

Xəbər xətti