Samir Abasov "Zirə"nin transfer siyahısında yer alan hücumçunu sərəncamında görmək istəyir

11:35 - 2 İyun 2023

"Zirə"nin transfer siyahısında yer alan "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərova daha bir müştəri çıxıb.

Sportal.az saytına verilən məlumata görə, Samir Abasov da hücumçunu sərəncamında görmək istəyir. "Sumqayıt" ölkə kubokunun final görüşündən sonra İsgəndərovu heyətinə qatmaq üçün onunla danışıq aparmağa hazırlaşır.

Bu mənada, "Zirə" üçün adıçəkilən forvardı heyətinə qatmaq asan olmayacaq. Futbolçu böyük ehtimalla "Qəbələ"də qalmayacaq. Onun yeni mövsümə hansı komandada başlayacağı isə hələ ki, dəqiq deyil. "Neftçi"yə qarşı keçiriləcək ölkə kubokunun final görüşündən sonra 25 yaşlı hücumçu yekun qərarını verəcək. "Qəbələ" yetirməsi olan Ülvi 2019-cu ildə "Sumqayıt"dan ayrılaraq "qırmızı-qaralar"la anlaşmışdı.

Xəbər xətti