"Real"da növbəti ayrılıq

18:34 - 5 İyun 2023

"Real"da daha bir ayrılıq yaşanacaq.

Sportal.az "OkDiario"ya istinadən xəbər verir ki, Kərim Benzemadan sonra Luka Modriç də "kral klubu"nda qalmayacaq.

O, Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırlaşır. Müqavilənin üç illik olacağı bəlli olsa da, onun hansı klubla anlaşdığı aydınlaşmayıb.

Modriç Səudiyyə Ərəbistanı çempionatında La Liqaya nisbətən işinin daha yüngül olacağını düşündüyü üçün bu addımı atıb. Təcrübəli futbolçunun AÇ-2024-də iştirak etmək istədiyi bildirilir.

Xəbər xətti