"Qarabağ"ın qolkiperi icarəyə verilə bilər

14:12 - 6 İyun 2023

"Qarabağ"ın qolkiperi Ayxan Arazlı komandanı tərk edə bilər.

Sportal.az saytına verilən məlumata görə, uzun illərdir Ağdam klubunun üzvü olan 22 yaşlı qapıçının Premyer Liqa klublarından birinə icarəyə yollanmaq ehtimalı var.

“Kəpəz” və “Zirə” klubları Arazlının xidmətində maraqlıdır. Oyun praktikası qazanmaq üçün icarəyə yollanmaq istəyən Arazlının yeni mövsümdən hansı komandanın qapısını qoruyacağı yaxın günlərdə dəqiqləşəcək.

Xəbər xətti