Ruslan Abışov "Zirə"dən ayrıldı

12:43 - 12 İyun 2023

Premyer Liqada mövsümü 5-ci pillədə başa vuran "Zirə"də ilk ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Ruslan Abışov qəsəbə təmsilçisini tərk edib. 35 yaşlı mərkəz müdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Təcrübəli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, Ruslan Abışov 2021-ci ilin yayından "Zirə"də çıxış edirdi. Azərbaycan milli komandasının sabiq üzvü son mövsümdə "qartallar"ın heyətində 2 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti