"Zirə" "Qarabağ"ın bu futbolçusunu da istəyir

12:59 - 14 İyun 2023

Milli komandamızın və "Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimli yeni mövsümdən "Zirə"də icarə əsasında çıxış edəcək. 

Sportal.az saytına verilən məlumata görə, Ağdam klubundan adıçəkilən kluba keçid edən tək futbolçu İsmayıl olmayacaq. 

Saytımıza verilən məlumata görə, "Zirə" "Qarabağ"ın müdafiəçisi Zamiq Əliyevin xidmətində də maraqlıdır. 

22 yaşlı müdafiəçinin də yeni mövsümdən icarə əsasında qəsəbə klubunda oynayacağı gözlənilir. Amma onun xidmətində maraqlı olan klub tək “Zirə” deyil. “Sumqayıt” və “Səbail” komandaları da mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. Bu həftə ərzində U-21 yığmamızın sabiq üzvünün yeni mövsümə hansı komandada başlayacağı dəqiqləşəcək.

Xəbər xətti