"Mançester Yunayted" "Çelsi"yə 82 milyon ödəməlidir

19:52 - 17 İyun 2023

"Mançester Yunayted" "Çelsi"nin yarımmüdafiəçisi Meyson Maunt üçün son təklif hazırlayır.

Sportal.az "Mirror"a istinadən xəbər verir ki, londonlular daha əvvəl 47 milyon avro dəyərində olan təklifi rədd etmişdilər.

"Qırmızı şeytanlar" şərtləri 59 milyon avroya qədər yüksəldiblər. Lakin bu, hələ də yetərli olmaya bilər, çünki "Çelsi" Meysonu 82 milyon avroya satmaq istəyir.

Eyni zamanda “zadəganlar” bəzi oyunçularını satmalıdır ki, maliyyə feyr-pleyini yaxşılaşdırsın. Mount 2022/2023 mövsümündə "Çelsi"nin heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonunda başa çatır.

Xəbər xətti