"Mançester Siti"nin üzvü Almaniya klubuna keçir

00:13 - 19 İyun 2023

"Mançester Siti"nin müdafiəçisi Kayl Uolker Almaniyaya yollana bilər.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "Bavariya" təcrübəli futbolçunun xidmətində maraqlıdır. Artıq danışıqlara start verilib. 

Uolker daha çox oyun şansı qazanmaq üçün Münhenə yollanmaq qərarı verib. 

33 yaşlı müdafiəçi başa çatan mövsümdə 39 görüşün iştirakçısı olub. 

Xəbər xətti