"Zirə"nin legioneri Tanzaniyaya qarşı oynadı

12:33 - 19 İyun 2023

"Zirə"nin müdafiəçisi İssa Cibrilla Afrika Millətlər Kubokunun seçmə mərhələsində Niger yığmasının heyətində çıxış edib.

Sportal.az xəbər verir ki, F qrupunun 5-ci turunda Niger səfərdə Tanzaniya ilə oynayıb və 0:1 hesabı ilə uduzub.

Cibrilla 73-cü dəqiqədə meydana daxil olub.

Hazırda aktivində iki xalı olan Niger millisi qrupda sonuncu yerdədir.

Xəbər xətti