"Bavariya"dan "Liverpul"a

18:49 - 20 İyun 2023

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Rayan Qravenberhi sərəncamında görmək istəyir.

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis rəhbərlikdən "Bavariya"nın futbolçusunun transfer edilməsini xahiş edib.

Mersisayd təmsilçisi 21 yaşlı futbolçu üçün danışıqlara başlayıb. Amma bu, heç də asan olmayacaq.

Çünki futbolçunu "Mançester Yunayted" də transfer etmək istəyir. Niderland millisinin üzvü “Ayaks” yetirməsidir və 2022-ci ildə “Bavariya”ya keçmişdi.

Xəbər xətti