"Qəbələ"dən ayrılan futbolçu "Zirə"də - RƏSMİ

10:41 - 22 İyun 2023

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Sportal.az xəbər verir ki, "qartallar" "Qəbələ"dən ayrılan Məqsəd İsayevi heyətinə qatıb. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, İsayev daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah”, “Səbail” və “Qəbələ”nin şərəfini qoruyub.

Xəbər xətti