"Qarabağ"ın futbolçusu "Zirə"də - RƏSMİ

16:14 - 22 İyun 2023

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi İsmayıl İbrahimliylə müqavilə imzalayıb. “Qarabağ”a məxsus olan oyunçu növbəti mövsümün sonuna qədər "qartallar"ın heyətində çıxış edəcək.

25 yaşlı yarımmüadafiəçi karyerası ərzində “Şüvəlan” və MOİK-də də çıxış edib.

Qeyd edək ki, "Zirə" bu gün "Qəbələ"dən ayrılan Məqsəd İsayevi də transfer etdiyini açıqlayıb.

Xəbər xətti