Millimizin veteran futbolçusu: "Estoniyadan güclü olduğumuzu düşünürdüm"

18:33 - 22 İyun 2023

Azərbaycan millisinin veteran futbolçusu Vyaçeslav Lıçkin Sportal.az saytına açıqlama verib.

O, yığma komandamızın AVRO-2024-ün seçmə mərhələsinin üçüncü turunda Estoniyaya qalib gələ bilməməsini şərh edib. Lıçkin Bakıda 1:1 hesabı ilə başa çatan matçdan əvvəl yığmamızın qalib gələcəyini düşünürmüş:

"Estoniya ilə görüşün 1:1 başa çatması məni çox üzdü. Çünki mən qalib gələcəyimizi, Estoniyadan güclü olduğumuzu düşünürdüm. Amma belə olmadı. Təbii ki, Estoniya ilə matçda da qalib gələ bilməməyimiz üzücü məqamdır. Hər halda, bundan sonrakı matçlara köklənmək və yaxşı nəticələr qazanmaq lazımdır".

49 yaşlı futbol mütəxəssisi 1995-2001-ci illərdə Azərbaycan millisində 45 matç keçirib 4 qol vurub.

Mirbağırağa

Xəbər xətti