"Arsenal" qanalını "Yuventus"a satacaq

20:13 - 23 İyun 2023

"Arsenal"ın yarımmüdafiəçisi Tomas Parti karyerasını "Yuventus"da davam etdirmək variantını prioritet hesab edir.

Sportal.az "Sky Sports Italia"ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Avropada qalacağına ümid edir.

Daha əvvəl Səudiyyə Ərəbistanının bəzi klublarının qanalıya maraq göstərdiyi xəbərləri yayılmışdı. "Arsenal" yarımmüdafiəçi ilə yollarını ayırmağa hazır olduğunu özünə bildirib. Tomas İngiltərə Premyer Liqasında 2022/2023 mövsümündə 33 oyuna çıxıb, 3 qol vurub və heç bir məhsuldar ötürmə edib. 
 

Xəbər xətti