"Zirə"dən ayrıldı, özünə yeni komanda tapdı - FOTO

18:53 - 24 İyun 2023

"Zirə"nin yollarını ayırdığı Moize Adilehu artıq özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi İsraildə oynayacaq. Belə ki, Benin millisinin üzvü “Makkabi Petah-Tikva” ilə anlaşıb. İsrail klubunun mətbuat xidməti Moizenin keçidini açıqlayıb. Adıçəkilən komanda İsrail yüksək liqasında çıxış edəcək.

Xatırladaq ki, afrikalı yayda "Zirə" ilə müqavilə imzalamışdı.


Mirbağırağa

Xəbər xətti